Ötən gün Şəhidlər xiyabanında qarışıqlıq yaratmağa cəhd göstərən şəxs həbs olunub
Ötən gün Şəhidlər xiyabanında qarışıqlıq yaratmağa cəhd göstərən şəxs həbs olunub. Bu barədə "Report"un sorğusuna cavab olaraq DİN-in Mətbuat Xidmətinin bölmə rəisi Zeyni Hüseynov bildirib. Onun sözlərinə görə, yanvarın 20-də Şəhidlər xiyabanında bir qrup şəxs ziyarətçilər üçün əvvəlcədən təşkil olunmuş növbəlilik prinsipini pozmaqla orada qarışıqlıq yaratmağa cəhd göstərib. Cəhdin qarşısı alınıb və onlardan biri - Anar Hüseynov polisin qanuni tələbinə qəsdən tabe olmadığına görə saxlanılıb və inzibati qaydada həbs olunub. Şəffaflıq.az
Xəbəri paylaş
Facebook-da paylaş