Əsas Səhifə > Hadisə > Ötən gün Şəhidlər xiyabanında qarışıqlıq yaratmağa cəhd göstərən şəxs həbs olunub

Ötən gün Şəhidlər xiyabanında qarışıqlıq yaratmağa cəhd göstərən şəxs həbs olunub


21-01-2023, 11:24


Ötən gün Şəhidlər xiyabanında qarışıqlıq yaratmağa cəhd göstərən şəxs həbs olunub.

Bu barədə "Report"un sorğusuna cavab olaraq DİN-in Mətbuat Xidmətinin bölmə rəisi Zeyni Hüseynov bildirib.

Onun sözlərinə görə, yanvarın 20-də Şəhidlər xiyabanında bir qrup şəxs ziyarətçilər üçün əvvəlcədən təşkil olunmuş növbəlilik prinsipini pozmaqla orada qarışıqlıq yaratmağa cəhd göstərib. Cəhdin qarşısı alınıb və onlardan biri - Anar Hüseynov polisin qanuni tələbinə qəsdən tabe olmadığına görə saxlanılıb və inzibati qaydada həbs olunub.

Şəffaflıq.az


Geri qayıt