Şamaxıda Şahxəndanın məzarı ziyarət olunub.-FOTO
Şəffaflıq.az xəbər verir ki, rayon icra hakimiyyətinin başçısı Tahir Məmmədov qonaqlara XIV əsrin tanınmış simalarından olan Şahxəndan barədə məlumat verib.
Hazırda qəbirüstü abidənin restavrasiya olunduğunu bildirən icra başçısı qeyd edib ki, yazılı mənbələrdə adı çəkilən, həyatı və fəaliyyəti barədə məlumatlara rast gəlinən bir sıra görkəmli şəxsiyyətlər var ki, onların barəsində tədqiqatlara ehtiyac duyulur.
Almaniyalı nəsimişünas alim Maykl Hers abidənin ziyarəti zamanı İmadəddin Nəsimi və onun qardaşı Şahxəndanla bağlı apardığı tədqiqatlardan danışıb.
Türbənin konservasiyası və ətrafında abadlıq işlərinin aparılaması üzrə layihənin müəllifi, avstriyalı bərpaçı-memar Erik Pumer görülən və nəzərdə tutulan işlər barədə qonaqlara ətraflı məlumat verib.
Vahid İsmayılov
Şamaxı:
Şəffaflıq.az
Facebook-da paylaş