Argentina millisinin 7 futbolçusu rəmzi komandaya düşüb


Argentina millisinin 7 futbolçusu Cənubi Amerikada (KONMEBOL) 2022-ci ilin rəmzi “11-liy”inə düşüb.

Şəffaflıq.az xəbər verir ki, Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) açıqladığı simvolik komandada son dünya çempionunun oyunçularına üstünlük verib.

Simvolik komandada digər 4 yeri Braziliya yığmasının futbolçuları tutub.

Qapıçı: Emiliano Martines (Argentina)

Müdafiəçilər: Kristian Romero, Nikolas Otamendi (hər ikisi Argentina), Tiaqo Silva (Braziliya)

Yarımmüdafiəçi: Enzo Fernandes, Rodriqo de Paul (hər ikisi Argentina), Kasemiro, Neymar (hər ikisi Braziliya)

Hücumçular: Lionel Messi, Julian Alvares (hər ikisi Argentina), Vinisyus Junior (Braziliya)“Report”


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}