ABŞ-nin cənub-şərqində baş verən tornado nəticəsində azı 9 nəfər həlak olub.


ABŞ-nin cənub-şərqində baş verən tornado nəticəsində azı 9 nəfər həlak olub. Ölənlərin sayının artacağı gözlənilir.

Şəffaflıq.az

Reuters”ə istinadən xəbər verir ki, onlarla evin tamamilə dağılıb, on minlərlə evin işıqsız qalıb.

Milli Meteorologiya Xidmətinin meteoroloqu Cessika Lousun sözlərinə görə, mərkəzi Alabamada ən azı beş tornado qeydə alınıb. Xilasetmə qrupları itkin düşənlərlə bağlı Alabama ştatının 7 nəfərin öldüyü Otauqa dairəsində axtarış aparıb.

Corciyanın qubernatoru Brayan Kemp cümə axşamı fırtınada iki nəfərin öldüyünü təsdiqləyib. Batts Leysi Prü dairəsinin koronerinin sözlərinə görə, 5 yaşlı uşaq avtomobilin üzərinə ağacın düşməsi nəticəsində ölüb, yanındakı digər şəxsin isə vəziyyəti ağırdır.

Alabama qubernatoru Key Ayvi cümə axşamı regionun altı dairəsində fövqəladə vəziyyət elan edib.


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}