Zelenski: "Onlar yeni ildə yeni işğal gözləyirdilər, əksinə oldu..."


Ukrayna prezidenti Vladimir Zelenski ölkənin şərqində Ukrayna hərbçilərinin uğurlarından danışıb. O vurğulayıb ki, düşmənin Baxmut istiqamətində və ümumilikdə Donbassdakı uğursuzluqlarının hər günü Rusiyanın əhəmiyyətli dərəcədə zəifləməsidir.


Şəffaflıq.az xəbər verir ki, prezident 2023-cü il yanvarın 4-ü çərşənbə günü axşam videomüraciətində Baxmut istiqamətində müdafiəni qəhrəmancasına saxlayan, düşmən hücumlarına müqavimət göstərən döyüşçülərin müqavimət əzmini qeyd edib.

“Xüsusən də, Baş Kəşfiyyat İdarəsinin "Şaman" xüsusi təyinatlıları, eləcə də Ukraynanın Beynəlxalq Müdafiə Legionunun döyüşçüləri ilə birlikdə Luqansk dəstəsinin sərhədçiləri düşmənə çoxsaylı itkilər verərək və işğalçıları Baxmutun kənarındakı mövqelərini darmadağın etməyə nail olublar”,- dövlət başçısı bildirib.

Onun sözlərinə görə, bu, yaxşı nəticədir. O xatırladıb ki, işğalçılar bütün Donbasın gözlənilən işğal tarixini bir daha təxirə salıblar.

“Hər belə nəticə düşmənin Baxmut istiqamətində və bütövlükdə Donbasdakı uğursuzluqları təcavüzkar dövlətin hər günü əhəmiyyətli dərəcədə zəifləməsidir. İşğalçılar artıq altı aydır ki, bütün Donbası ələ keçirməyi gözlədikləri tarixi təxirə salırlar. Onlar yeni ildə yeni işğal gözləyirdilər, əksinə oldu, ordumuz yenə uğurlu döyüşlər nümayiş etdirirlər”,- deyə Zelenski bildirib.

Prezident qeyd edib ki, işğalçılar Donbasda qüvvələrini daim artırırlar.Hazırda da bunu davam etdirirlər.

“Və bizim uğurlarımızla hər belə gün Ukraynaya hücum ideyasının çılğınlığının yeni sübutudur. Əgər cəbhədən gələn bu cür xəbərlər Rusiyada hər kəsə reallıq hissi qaytara bilirsə, biz bunu maksimum dərəcədə təmin etməli olacağıq”,- dövlət başçısı vurğulayıb.

Zelenski həmçinin Baxmut qalasının müdafiəçilərinə təşəkkür edib.

“Mən Soledar istiqamətində təzyiqlərə tab gətirən və mövqelərini qoruyan bütün əsgərlərimizə təşəkkür edirəm. Mən əlbəttə ki, Luqansk vilayətindən və ölkəmizin bəzi cənub bölgələrindən çox ümidverici xəbərlər verən bütün döyüşçülərimizə təşəkkür edirəm”, - deyə Ukrayna Prezidenti əlavə etdi.

Ukrayna Milli Qvardiyasının 4-cü briqadasının 3-cü “Azadlıq” batalyonunun komandir müavini Vladimir Nazarenko bildirib ki, Donetsk vilayətinin Baxmut şəhərində işğalçıların hücum qruplarının itkiləri 80 faiz təşkil edir, yaralı işğalçılar isə soyuqda ölümə tərk edilir. O əlavə edib ki, Ukrayna qoşunları müdafiə xəttini tutur və düşmənin irəliləməsinə mane olur.

Eyni zamanda, Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəisi Kirill Budanov bildirib ki, Ukrayna yazda cəbhədə ciddi hücuma keçməyi planlaşdırır: "Biz daha çox ərazilərin azad edilməsini və Rusiya Federasiyasının son məğlubiyyətini görəcəyik. Bu, Krımdan Donbasa qədər bütün Ukraynada baş verəcək",- deyə o qeyd edib.


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}