Bakıda ölümlə nəticələnən yol qəzası baş verib


Bakıda ölümlə nəticələnən yol qəzası baş verib.

Şəffaflıq.az qafqazinfo-ya istinadən xəbər verir ki, bu gün saat 01 radələrində Bakı-Ələt magistralının Qaradağ rayonu Qobustan qəsəbəsindən keçən hissəsində 1994-cü il təvəllüdlü Emil Əsədullayevin idarə etdiyi "VAZ" markalı minik avtomobili onunla eyni istiqamətdə hərəkət edən "KamAZ" markalı yük maşınına çırpılıb.

Nəticədə "VAZ"da olan sərnişin, 1993-cü il təvəllüdlü Zərqulu Mirzəliyev aldığı xəsarətlərdən vəfat edib.

Qeyd edək ki, qəza törədən sürücü E.Əsədullayevin Səbail Rayon Polis İdarəsinin (PPXB) keçmiş əməkdaşı olduğu bildirilir.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}