Mask "Twitter"in rəhbərliyindən gedəcəyini bildirib
Şəffaflıq.az xəbər verir ki, o, tvitter hesabında: "İşi qəbul edəcək qədər axmaq birini tapan kimi "Twitter"in baş direktoru postundan ayrılacağam", - deyə bildirib. Sahibkar əlavə edib ki, hazırkı vəzifəsindən ayrıldıqdan sonra şirkətin proqram təminatı və serverlərə texniki xidmət departamentlərinə rəhbərlik edəcək. Dekabrın 18-də Mask öz "Twitter" səhifəsində sorğu keçirib. O, bu sosial şəbəkənin istifadəçilərindən iş adamının "Twitter"in rəhbəri olaraq qalıb-qalmayacağına səs vermələrini xahiş edib. İş adamı “bu səsvermənin nəticələrini rəhbər tutacağına” söz verib. Nəticədə seçicilərin 57,5 faizi iş adamının vəzifədən getməsinin lehinə, 42,5 faizi əleyhinə səs verib. Oktyabrın 27-də sahibkar eyniadlı sosial şəbəkənin sahibi olan "Twitter"i almaq üçün sövdələşməyə imza atıb. Satın alındıqdan dərhal sonra o, baş direktor Paraq Aqraval və maliyyə direktoru Ned Seqal da daxil olmaqla, şirkət rəhbərliyinin bir sıra üzvlərini işdən çıxarıb. ABŞ Qiymətli Kağızlar və Birja Komissiyasının məlumat bazasında yerləşdirilən sənədlərdən belə məlum olur ki, Mask həm də direktorlar şurasını ləğv edib və şirkətin yeganə rəhbəri olub.Bizimyol.info"Twitter"in rəhbəri olan İlon Mask çərşənbə axşamı eyniadlı sosial şəbəkənin sahibi vəzifəsini tərk edəcəyini açıqlayıb.
Facebook-da paylaş