İlon Mask rəsmi şəkildə özünü “kral” elan edib

 

Dünyada elektrik avtomobillərin istehsalı üzrə lider sayılan “Tesla” şirkətinin qurucusu İlon Mask rəsmi olaraq rəhbərlik etdiyi firma tərəfindən “Kral” olaraq adlandırılıb.

Şəffaflıq.az xarici agentliklərə istinadən xəbər verir ki, “Tesla” bununla bağlı ABŞ-ın Qiymətli kağızlar və birja üzrə Komissiyasına (SEC) rəsmi bildiriş göndərib.

Bundan sonra “Tesla”nın rəsmi səndlərində İlon Maskın adı “Texnokral” (Technoking) olaraq keçəcək. Şirkətin maliyyə direktoru Zak Kirkhorn isə “Dəmir pullar ustası” (Master of Coin) kimi tanınacaq.

Qeyd etmək lazımdır ki, Mask və Kirhornun yeni titulları onların şirkətdəki mövqelərinə hər hansı təsir göstərməyəcək.

Xatırladaq ki, İlon Mask 2018-ci ildə SEC-lə anlaşaraq 3 il müddətinə “Tesla”nın direktorlar şurasının sədri vəzifəsindən uzaqlaşmışdı. Bu illər ərzində “Twitter”də yazdığı bir statusla səhmdarların fikrini çaşdırmaq suçuna görə “SEC “ İlon Maskı 20 milyon dollar miqdarında cərimələmişdi. Bununla bərabər o, baş direktor vəzifəsini qoruyub saxlamağı bacarıb.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}