3 yaşlı uşaq anasının sırğasını uddu


Şəkidə üç yaşlı uşaq anasının sırğasını udub.

Şəffaflıq.az-ın məlumatına görə, hadisə ötən gün axşam saatlarında baş verib.

Şəhər sakini 2019-cu il təvəllüdlü Fərrux Fərruxlu yad cisim udması ilə bağlı Şəki Rayon Mərkəzi Xəstəxanasına gətirilib. Müayinə zamanı 3 yaşlı uşağın anasına məxsus sırğanı udduğu məlum olub. F.Fərruxluya ilkin yardım göstərildikdən sonra yad cismin çıxarılması üçün Mingəçevir şəhər xəstəxanasına göndərilib.


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}