Əsas Səhifə > Hadisə > 3 yaşlı uşaq anasının sırğasını uddu
3 yaşlı uşaq anasının sırğasını uddu20-12-2022, 15:48 |
Şəkidə üç yaşlı uşaq anasının sırğasını udub. Şəffaflıq.az-ın məlumatına görə, hadisə ötən gün axşam saatlarında baş verib. Şəhər sakini 2019-cu il təvəllüdlü Fərrux Fərruxlu yad cisim udması ilə bağlı Şəki Rayon Mərkəzi Xəstəxanasına gətirilib. Müayinə zamanı 3 yaşlı uşağın anasına məxsus sırğanı udduğu məlum olub. F.Fərruxluya ilkin yardım göstərildikdən sonra yad cismin çıxarılması üçün Mingəçevir şəhər xəstəxanasına göndərilib. Geri qayıt |