Vaşinqtonda Qarabağla bağlı razılaşma olub? – Qriqoryan aydın mexanizmin olmadığını deyir


“Qarabağ məsələsinin sülh müqaviləsi ilə həll olunub-olunmayacağı, yaxud ayrıca beynəlxalq mexanizm yaradıb-yaratmayacağımızla bağlı hələlik yekun qərar yoxdur”.

Şəffaflıq.az xəbər verir ki, bunu dekabrın 8-də parlamentdə jurnalistlərlə söhbətində Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Azərbaycanla müzakirə olunan sülh müqaviləsinin mətnində Qarabağın adının olub-olmaması sualına cavab verərkən deyib.

“Bilirsiniz ki, Vaşinqtonda mənimlə Azərbaycan Prezidentinin köməkçisi arasında Ceyk Sallivanın təşkil etdiyi görüşdə Qarabağ erməniləri üçün beynəlxalq mexanizmin yaradılmasına dair razılıq əldə olunub. Bu mexanizmlə bağlı hələ də aydınlıq yoxdur. Bunu sülh sazişi çərçivəsində, yoxsa bu sənəddən kənarda edəcəyimizə dair heç bir aydınlıq yoxdur”, - Qriqoryan bildirib.

Qriqoryan, Ermənistanın hansı variantı müdafiə etdiyi barədə suala belə cavab verib: “İrəvan təhlükəsizlik təminatlarının yaradılmasının tərəfdarıdır ki, mexanizm yaradılsın, Qarabağla Azərbaycan arasında hüquq və təhlükəsizliklə bağlı müzakirə aparılsın. Bu, həm sülh müqaviləsində, həm də digər beynəlxalq mexanizmlərdə təsbit edilə bilər. Güman edirəm ki, Azərbaycan bu 5 bəndi yazanda 3-ü adını göstərmədən Qarabağa aid olub. Sülh müqaviləsinin mətnində bir neçə cümlə var ki, buradan da Azərbaycanın Qarabağdan danışdığını dəqiqləşdirmək olmaz. Erməni tərəfinin nöqteyi-nəzəri ondan ibarətdir ki, əgər Qarabağla bağlı hər hansı qeyd-şərt varsa, bu, açıq şəkildə göstərilməlidir”.

Rasim Əliyev


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}