Azərbaycanın fiqurlu konkisürəni İstanbulda qızıl medal qazanıb



Azərbaycanın fiqurlu konkisürəni Vladimir Litvintsev Türkiyənin İstanbul şəhərində keçirilən “2022 Bosphorus İstanbul Cup “ beynəlxalq yarışında qızıl medal qazanıb.

Federasiyadan verilən məlumata görə, idmançı finalda hakimlərdən 250.52 xal alıb.

Litvintsev bu göstərici ilə bütün rəqiblərini geridə qoyaraq, 1-ci yerin sahibi olub.

Yarışda həmçinin digər idmançımız Səbinə Əliyeva da iştirak edib. Atletimiz ümumilkdə 105.47 xal toplayaraq 21-ci yerdə qərar tutub.

Şəffaflıq.az


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}