Şahin Bağırov Horadizdə vətəndaşları qəbul edib
Bu gün Dövlət Gömrük Komitəsi sədrinin I müavini, sədr vəzifəsini müvəqqəti icra edən Şahin Bağırov Horadiz şəhərindəki Muğam Mərkəzində Füzuli, Beyləqan və Xocavənd rayonlarından olan vətəndaşları qəbul edib. Şəffaflıq.az-ın komitəyə istinadən verdiyi məlumata görə, qurumun müvafiq strukturlarının rəhbərlərinin iştirakı ilə keçirilən qəbulda sakinlərinin əsasən işə qəbul, idxal-ixrac əməliyyatları və digər gömrük məsələləri ilə müraciətləri dinlənilib. Qaldırılan məsələlərin bir qismi yerindəcə həllini tapıb, araşdırılması tələb olunan bəzi müraciətlərlə bağlı müvafiq tədbirlər görülməsi üçün aidiyyəti strukturların rəhbərlərinə tapşırıqlar verilib.
Xəbəri paylaş
Facebook-da paylaş