STEM Mərkəzi və AMEA Qafqazşünaslıq İnstitutu Gənc Alimlər Forumunda iştirak etmək üçün seçim elan edib


Dekabrın 19-da STEM Təhlil Mərkəzinin və AMEA-nın Qafqazşünaslıq İnstitutunun birgə təşkilatçılığı ilə Azərbaycanın Vətən müharibəsində qələbəsinə həsr olunmuş “Qafqaz regionunda təhlükəsizlik və çağırışlar” Respublika Gənc Alimlərin Forumu keçiriləcək.

Şəffaflıq.az xəbər verir ki, Forum zamanı gənc alimlərimiz Cənubi Qafqazın inkişaf perspektivləri, regionda gələcək əməkdaşlıq formatı, təhlükəsizlik problemləri, müasir dövrün çağırışları və digər məsələlər ətrafında tədqiqatları ilə çıxış edəcəklər.

Forum "Azərbaycan müasir geosiyasi reallıqlarda Qafqaz regionunda liderdir", "Qafqazın inteqrasiyasının iqtisadi yolları", "Qafqazda trans-magistral layihələr", "Qafqazda etnomədəni və dinlərarası dialoq", "Qafqazda enerji siyasəti", "Cənubi Qafqazın yeni geosiyasi mənzərəsi", Qafqazda böyük dövlətlərin geosiyasi maraqları", "Qafqazda terror təhlükəsi" istiqamətləri üzrə keçiriləcək:

Sözügedən foruma elmi-araşdırma institutları və qurumlarının, ali təhsil müəssisələrinin yaşı 30 qədər olan əməkdaşları, innovativ qrupların və birliklərin nümayəndələri, müəllimlər, magistr və doktorantlar dəvət edilir.

Respublika Forumunun materiallarının çap edilməsi nəzərdə tutulur.

Təşkilati komitə, Forumun təyin etdiyi problematika əsasında iştirakçıları seçmə hüququna malikdir.

Müraciət və tezislərin qəbulu 16 dekabr 2022-ci ilə qədər davam edəcək. Tezislər Azərbaycan və rus dillərində ola bilər. Təşkilat komitəsi, Forumun materialları arasında çap ediləcək tezisləri seçmə hüququna malikdir.

Forum iştirakçılarına sertifikat veriləcək. Eyni zamanda, tədbirdə fərqlənən çıxışçılar arasında STEM beyin mərkəzinə siyasi təhlilçi qismində işə qəbul olunması istiqamətində seçim aparılacaqdır. Forumda iştirak etmək üçün bütün şərtləri

https://stem-lab.az/az/site/forum linkinə daxil olmaqla öyrənmək olar.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}