Salyanda fermadan 73 baş xırdabuynuzlu heyvan oğurlanıb
Salyanda fermadan 73 baş xırdabuynuzlu heyvan oğurlanıb. Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidməti məlumat yayıb. Bildirilib ki, Salyan Rayon Polis Şöbəsinə noyabrın 19-da Peyk kəndi ərazisində kənd sakini A.Cəbrayılovun çoban işlədiyi fermadan 73 baş xırdabuynuzlu heyvanın oğurlanması barədə müraciət daxil olub. Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən 1-ci Varlı kənd sakini, əvvəllər də oğurluğa görə məhkum olunmuş Famil Rzayev müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır. Şəffaflıq.az
Xəbəri paylaş
Facebook-da paylaş