Əsas Səhifə > Hadisə > Salyanda fermadan 73 baş xırdabuynuzlu heyvan oğurlanıb
Salyanda fermadan 73 baş xırdabuynuzlu heyvan oğurlanıb22-11-2022, 17:45 |
Salyanda fermadan 73 baş xırdabuynuzlu heyvan oğurlanıb. Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidməti məlumat yayıb. Bildirilib ki, Salyan Rayon Polis Şöbəsinə noyabrın 19-da Peyk kəndi ərazisində kənd sakini A.Cəbrayılovun çoban işlədiyi fermadan 73 baş xırdabuynuzlu heyvanın oğurlanması barədə müraciət daxil olub. Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən 1-ci Varlı kənd sakini, əvvəllər də oğurluğa görə məhkum olunmuş Famil Rzayev müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır. Şəffaflıq.az Geri qayıt |