“Twitter” işdən çıxarılan əməkdaşların geri qayıtmalarını istədi



ABŞ-nin “Twitter” şirkəti genişmiqyaslı ixtisara düşən bəzi işçilərin ştata qayıtmalarını istəyib.

Bu barədə adı açıqlanmayan mənbələr məlumat verib.  

Bildirilib ki, firma onlarla işçiyə oxşar şəkildə müraciət edib. Həmçinin onların müəyyən qisminin səhvən işdən çıxarıldığını iddia edib.

“Twitter”dən bununla bağlı açıqlama verilməyib.

Qeyd edək ki, oktyabrın 27-də amerikalı sahibkar İlon Mask “Twitter”i almaq üçün müqavilə bağlayıb. “Twitter”i aldıqdan dərhal sonra şirkət rəhbərliyinin bəzi üzvlərini işdən çıxarıb. Daha sonra sahibkarın işçilərin, demək olar ki, yarıya qədərini ixtisar etməyi planlaşdırdığı bildirilib.

Şəffaflıq.az


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}