Kamçatkada zümürüdü səma
Rusiyada Kamçatka sakinləri nadir təbiət hadisəsinin şahidi olublar. Penjinski rayonunun Kamenskoye və Manila kəndlərində zümrüdü şimal işıqlarını müşahidə etmək mümkün olub. Hadisə şahidləri görüntünün fotosunu çəkiblər. Bu, olduqca nadir bir hadisədir. Onu sonuncu dəfə təxminən bir il əvvəl Penjinski rayonunda müşahidə ediblər. Qütb parıltısı (Aurora) unikal təbiət hadisəsidir. O, atmosferin yuxarı təbəqələrinin günəş küləyinin hissəcikləri ilə qarşılıqlı təsiri nəticəsində yaranır. Müəyyən enliklərdə onu yalnız yüksək günəş aktivliyində müşahidə etmək mümkündür. Şəffaflıq.az
Xəbəri paylaş
Facebook-da paylaş