Axtarışda olan şəxs ələ keçdi: Ödəmə terminalını sındırıb 3600 manat aparıbmış



Sabunçu Rayon Polis İdarəsinin 13-cü Polis Bölməsi və Gəncə Şəhər Baş Polis İdarəsinin 1-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Cinayət Məcəlləsinin 177-ci maddəsi (oğurluq) ilə axtarışda olan Vüqar Tapdıqzadə saxlanılıb. 

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, araşdırmalarla onun Bakıxanov qəsəbəsi ərazisində yerləşən ödəmə terminallarının birindən sındırmaq yolu ilə 3644 manat pul və bir evdən 1350 manat dəyərində 2 ədəd velosiped, təmir-tikinti alətləri və elektrik naqili oğurlaması da müəyyən olunub.

Şəffaflıq.az


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}