NATO Baş katibi: “Rusiya uzaq şimalda mövcudluğunu gücləndirir”



“Rusiya uzaq şimalda mövcudluğunu gücləndirir. NATO Rusiyanın bu bölgədə artan fəallığından narahatdır”.

Bu barədə NATO-nun Baş katibi Yens Stoltenberq bildirib.

Onun sözlərinə görə, alyans Rusiyanın Arktikada gücləndiyini müşahidə edir.

“Onlar (rusiyalılar. - red.) sovet dövründən qalma köhnə hərbi bazaları yenidən açır. Biz onların daha çox havada və dənizdə mövcudluğunu görürük. Onlar öz hərbi vasitələrini, o cümlədən sualtı qayıqları, xüsusilə də daha müasir silahları təkmilləşdirirlər. Müasir silah deyəndə nüvə silahlarını nəzərdə tuturam”, - deyə Stoltenberq qeyd edib.

O əlavə edib ki, şimaldakı vəziyyət Atlantik okeanının hər iki tərəfində yerləşən müttəfiq ölkələrin təhlükəsizliyinin nəzərdən keçirilməsi kontekstində vacibdir. Buna görə də baş katib Finlandiya və İsveçin alyansa qoşulmaq niyyətlərini dəstəklədiyini vurğulayıb.

Şəffaflıq.az


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}