İranın Zahidan Şəhər Polis İdarəsinin rəisi işdən çıxarılıb
İranın Sistan və Bəlucistan əyalətinin mərkəzi Zahidan şəhərinin Polisi İdarəsinin və 16 saylı polis məntəqəsinin rəisləri tutduqları vəzifədən azad ediliblər. “Təsnim” agentliyinə istinadən xəbər verir ki, bu barədə Sistan və Bəlucistan əyaləti Təhlükəsizlik Şurasının açıqlamasında bildirilib. Bildirilib ki, ötən həftə Zahidanda cümə namazından sonra bir qrup polis bölməsinə hücum edərək oranı zəbt etmək istəyib. Etirazçılarla polis əməkdaşları arasında toqquşma olub Qeyd edək ki, Sistan və Bəlucistan əyalətinin sakinləri son zamanlar İrandakı etiraz aksiylarında daha fəal iştirak edir. Etiraz aksiyaları zamanı ölənlərin çoxu bu bölgənin sakinləridir. İranda 40 gündən çoxdur davam edən və hərbi-polis qüvvələri tərəfindən geniş repressiyaya səbəb olan etirazlarda 37-si uşaq olmaqla 266 nəfər ölüb. İran İnsan Haqları Təşkilatının məlumatına görə, 13 933 nəfər saxlanılıb. Onlardan 1 042-nin kimliyi və saxlanıldığı yerın dəqiqləşdirildiyi bildirilib. Rəsmi məlumata əsasən, Zahidandakı hadisələrdə ölənlərin ümumi sayı 35 nəfərdir.
Facebook-da paylaş