Büdcədə 17 faiz artırılan yaşayış minimumu inflyasiyanı qarşılamağa kifayət edəcək? - AÇIQLAMA



2023-cü ilin dövlət büdcəsi layihəsinə əsasən, Azərbaycanda yaşayış minimumu və ehtiyac meyarı bərabərləşdirilərək 246 manat təşkil edəcək. Bu isə 2022-ci illə müqayisədə 17 faiz və ya 36 manat artım deməkdir. Belə ki, 2022-ci ildə ölkədə yaşayış minimumu 210 manat olub. 

Bəs görəsən, hazırda təyin edilən məbləğ inflyasiyaya adekvatdırmı?

İqtisadçı-ekspert Eldəniz Əmirov mətbuata açıqlamasında bildirib ki, yaşayış minimumunun ehtiyac meyarına bərabərləşdirilməsinin nəzərdə tutulmasının doğru addım olduğunu düşünür:

“17 faiz artımın olması hazırkı inflyasiya şəraitində vacib addımdır. Hazırda bizdə ümumi inflyasiya göstəricisi, rəsmi statistikaya əsasən, 13 faiz üzərində olduğundan yaşayış minimumunun 17 faiz artırılması kifayət edər. Amma bir məsələ var ki, rəsmi inflyasiya göstəricisi ilə əhalinin alıcılıq qabiliyyəti arasında real fərq var. Belə ki, məhsulların, xidmətlərin, qida inflyasiyasının yüksək həddə olması əhalinin alıcılıq qabiliyyətinə ciddi təsir göstərib. 

“17 faizlik artım kifayətdirmi?” sualına cavab axtaranda ortaya başqa bir sual çıxır: “Bir il əvvəl 210 manatla supermarketə daxil olaraq aldığımız ərzağı bu gün 246 manata ala bilərikmi?”  Əgər bir il əvvəl 210 manata aldığımız ərzağı indi 246 manata ala biliriksə, o zaman deyəcəyik ki, bu faiz artımı inflyasiyanı qarşılamaq üçün kifayət edir. Əgər ala bilmiriksə, deməli, bugünkü ərzaq inflyasiyası 17 faizdən çoxdur”. 

Ekspert diqqətə çatdırıb ki, inzibati metodlarla manatın məzənnəsinin stabilliyinə nail olsaq da, ümumilikdə, manatın alıcılıq qabiliyyətini saxlamaq mümkün olmayıb:

“Yəni statistik olaraq ümumi inflyasiya 13 faiz üzərində olsa da, ərzaq inflyasiyası 20 faizi keçib. İnsanların ehtiyac duyduğu isə məhz ərzaq inflyasiyasının göstəriciləridir”.

Şəffaflıq.az


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}