Azərbaycan istiqrazlarının bir qismini geri ala bilər
Azərbaycan Respublikası İqtisadi Şurasında dövriyyədə olan xarici valyuta nominallı dövlət istiqrazlarının bir qisminin geri alınması müzakirə edilib. Bu barədə Nazirlər Kabinetinin Mətbuat Xidməti məlumat yayıb. Qeyd edək ki, Azərbaycan Maliyyə Nazirliyi 18 mart 2014-cü ildə, 10 il müddətinə Avropanın kapital bazarında 1,25 milyard ABŞ dolları dəyərində illik 5 %-lə istiqraz yerləşdirib. Avrobondların nominal dəyəri 1 000 ABŞ dolları, həcmi isə 1,25 milyon ədəd təşkil edir. Şəffaflıq.az
Xəbəri paylaş
Facebook-da paylaş