Zəngəzurun hava qapısı açıldı - Azərbaycan və Türkiyə Prezidentləri regionda sülh yaradır


Oktyabrın 20-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Qarabağa növbəti səfəri baş tutdu. Səfər çərçivəsində iki qardaş ölkə liderlərinin, Prezident İlham Əliyev və Rəcəb Tayyib Ərdoğanın birlikdə Zəngilan Beynəlxalq Hava Limanının açılış mərasimində, "Dost Aqropark" ağıllı kənd təsərrüfatı kompleksinin birinci mərhələsinin açılışında, Cəbrayıl rayonunda Qumlaq dəmir yolu stansiyasının təməli qoyulmasında və digər rəsmi tədbirlərdə iştirakı Azərbaycan-Türkiyə birliyinin növbəti göstərici oldu.

Zəngilan hava limanı həm iqtisadi, həm də strateji baxımdan olduqca əhəmiyyətlidir. Bu hava limanı Zəngəzurun hava qapısı rolunu oynayır. Azərbaycanın Vətən müharibsində sonra yaratdığı yeni reallıqlar fonunda bütün planlar bir-bir icra olunur.

Qarabağı və Şərqi Zəngəzuru tam bərpa etmək üçün daha böyük işlər görüləcək

Prezident İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsindən ötən qısa müddət ərzində azad olunmuş ərazilərimizdə sürətli bərpa-quruculuq işləri aparılır.

Hələ bir il əvvəl iki qardaş ölkənin rəhbərlərinin iştirakı ilə təməli qoyulan "Dost Aqropark"ında birinci mərhələsi üzrə ciddi işlər görülüb. "Dost Aqropark" türk və azərbaycanlı sərmayədarlar tərəfindən Qarabağ və Zəngəzur bölgələrində yaradılan ilk özəl kənd təsərrüfatı kompleksidir.



Layihənin birinci mərhələsində inzibati binalar, 5200 kvadratmetrlik qapalı, 113 min kvadratmetrlik açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr, istirahət zonası, üzgüçülük hovuzu, xidməti heyətin yaşayışı üçün binalar tikilib. Kompleksə 3500 baş cins qaramal gətirilib və əkinçilik məhsullarının istehsalı həyata keçirilib. Hər iki prezidentin iştirakı ilə ötən il əkin aparılan buğda və arpanın biçini başa çatdırılıb.

"Dost Aqropark"ın ikinci və üçüncü mərhələləri üzrə işlər də sürətlə davam etdiriləcək. Layihənin bütün mərhələlərinin başa çatdırılması nəticəsində 6 min hektar sahədə bitki mənşəli istehsal və texnika sahələri yaradılacaq, 10 min baş cins heyvanın yetişdirilməsi üçün maldarlıq, eləcə də toxumçuluq və şitilçilik sahələri salınacaq.

Bu gün Azərbaycan-Türkiyə birliyi imkan verir ki, bütün azad olunmuş ərazilərimizdə sürətli bərpa-quruculuq işləri aparılsın. Vəhşi düşmən tərəfindən yerlə yeksan edilmiş ərazilərdə sıfırdan şəhər və kəndlər tikmək, cəmi iki il ərzində 2 beynəlxalq hava limanı, yüz kilometrlərlə yol, müasir infrastrutur, ağıllı yaşayış məntəqələri inşa etmək heç də asan məsələ deyil.

Qardaş Türkiyənin də dəstəyi ilə Azərbaycan bu missiyanın öhdəsindən layiqincə gəlir, bütün dünyanı heyrətləndirməyə davam edir.

Azərbaycan və Türkiyə Prezidentləri Cəbrayıldan dünyaya verdiyi mesajlarda da açıq şəkildə məqsədlərini bəyan etdilər. Bu gün sürətlə bərpa edilən, yenidən qurulan Qarabağ və Zəngəzurda Türkiyə-Azərbaycan birliyi görünür. Azərbaycan əsas hədəfinin davamlı sülh olduğunu ortaya qoyub və bu prosesin hər mərhələsində də qardaş Türkiyənin tam dəstəyini hiss edir.


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}