Bu gün UEFA Avropa Liqasının qrup mərhələsində II turdan təxirə salınmış oyun keçiriləcək.


Avropa Liqası: "Arsenal" təxirə salınmış oyunda PSV ilə qarşılaşacaq

Şəffaflıq.az-ın məlumatına görə, İngiltərə "Arsenal"ı Londonda Niderlandın PSV komandasını qəbul edəcək. A qrupunun görüşü Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.

"Topçular" 3 oyundan maksimum nəticə ilə turnir cədvəlinə başçılıq edirlər. 7 xalı olan Eyndhoven isə 2-ci pillədə qərarlaşıb. Britaniya təmsilçisi bu görüşdə xal itirməyəcəyi halda, pley-off-a vəsiqəni təmin edəcək.

Qeyd edək ki, A qrupunda Norveçin "Budö Qlimt" və İsveçrənin "Sürix" klubları da mübarizə aparır.

UEFA Avropa Liqası

Qrup mərhələsi, II turdan təxirə salınmış oyun

20 oktyabr

21:00. "Arsenal" (İngiltərə) - PSV (Niderland)

Xal durumu: "Arsenal" - 9 (3 oyuna), PSV - 7 xal (3 oyuna), "Budö Qlimt" - 4, "Sürix" - 0.


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}