Bakı-Quba yolunun kənarındakı kafenin sahibi CƏZALANDIRILDI



Ötən gün Bakı-Quba yolunun Siyəzən rayonu ərazisindən keçən hissəsində, Beşbarmaq dağı yaxınlığındakı kafelərdən birində tullantıların ətraf əraziyə atılmasıyla bağlı məlumat yayıldı. Hadisədən dərhal sonra Ekologiya və Təbii Sərvətlər Nazirliyindən məsələnin araşdırmaya götürüldüyü bildirildi. 

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəsmisi açıqlamasında bildirib ki, tullantıların idarə edilməsinə cavabdeh şəxs artıq cəzalandırılıb:

“Bakı-Quba avtomobil yolunun Siyəzən rayonu ərazisindən keçən hissəsində, Beşbarmaq dağının yaxınlığında fəaliyyət göstərən kafenin ərazisinə tullantıların atılaraq qalaqlanması ilə bağlı Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinə daxil olan şikayət araşdırılıb və fakt təsdiqini tapıb.

İaşə obyektinin ərazisinə tullantıların pərakəndə şəkildə atılaraq qalaqlanmasına və qanunvericiliyə uyğun idarə edilməsinə cavabdeh olan obyekt sahibi Qalib Zeynalov barəsində protokol tərtib edilib və o, vəzifəli şəxs qismində cərimə olunub”.

Qeyd edək ki, ərazinin tullantılardan təmizlənməsi və gələcəkdə belə hallara yol verilməməsi üçün qanun pozucusuna məcburi göstəriş verilib.

Şəffaflıq.az


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}