Hacıqabulda avtomobil kanala aşdı: Ölən və yaralanan var



Hacıqabulda ata və oğlun olduğu avtomobil kanala aşıb, ata ölüb, oğlu xəsarət alıb.

Şəffaflıq.az məlumat verir ki, hadisə Hacıqabul rayonunun Abdulabad kəndidə qeydə alınıb.

Rayonun Kolanı kənd sakini, 1996-cı il təvəllüdlü Ağayev Azad Əlizamin oğlunun idarə etdiyi VAZ-2106 markalı avtomobil yoldan çıxaraq kanala aşıb. Nəticədə avtomobildə olan sərnişin - sürücünün atası, Kolanı kənd sakini, 1958-ci il təvəllüdlü Ağayev Əlizamin Soltan oğlu avtomobilin içində boğularaq hadisə yerində ölüb.

Qəza zamanı xəsarət alın sürücü Şirvan xəstəxanasına yerləşdirlib.

Faktla bağlı araşdırma aparılır.


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}