Əsas Səhifə > Hadisə > Hacıqabulda avtomobil kanala aşdı: Ölən və yaralanan var

Hacıqabulda avtomobil kanala aşdı: Ölən və yaralanan var


18-10-2022, 23:13



Hacıqabulda ata və oğlun olduğu avtomobil kanala aşıb, ata ölüb, oğlu xəsarət alıb.

Şəffaflıq.az məlumat verir ki, hadisə Hacıqabul rayonunun Abdulabad kəndidə qeydə alınıb.

Rayonun Kolanı kənd sakini, 1996-cı il təvəllüdlü Ağayev Azad Əlizamin oğlunun idarə etdiyi VAZ-2106 markalı avtomobil yoldan çıxaraq kanala aşıb. Nəticədə avtomobildə olan sərnişin - sürücünün atası, Kolanı kənd sakini, 1958-ci il təvəllüdlü Ağayev Əlizamin Soltan oğlu avtomobilin içində boğularaq hadisə yerində ölüb.

Qəza zamanı xəsarət alın sürücü Şirvan xəstəxanasına yerləşdirlib.

Faktla bağlı araşdırma aparılır.


Geri qayıt