İngiltərənin "Çelsi" klubunun futbolçusu NQolo Kante bu il Qətərdə keçiriləcək dünya çempionatında iştirak edə bilməyəcək.
Fransa millisinin və İngiltərənin "Çelsi" klubunun futbolçusu NQolo Kante bu il Qətərdə keçiriləcək dünya çempionatında iştirak edə bilməyəcək. Şəffaflıq.az London təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, bud nahiyyəsində zədəsi olan 31 yaşlı yarımmüdafiəçi əməliyyat olunub. Təcrübəli oyunçu təqribən 4 ay yaşıl meydanlardan kənarda qalacaq. Daha əvvəl İngiltərə "Liverpul"ununun portuqaliyalı hücumçusu Dioqu Jotanın zədə səbəbindən mundialı buraxacağı dəqiqləşib. Qeyd edək ki, DÇ-2022 noyabrın 20-dən dekabrın 18-dək təşkil olunacaq. Fransa yığması Avstraliya, Danimarka və Tunis seçmələri ilə birlikdə H qrupunda mübarizə aparacaq.
Xəbəri paylaş
Facebook-da paylaş