"Qızıl top": Ronaldu səsvermədə 20-ci olub
İngiltərənin "Mançester Yunayted" komandasının futbolçusu Kriştianu Ronaldu "Qızıl top" üçün səsvermədə 20-ci olub. Şəffaflıq.az xəbər verir ki, bu barədə mükafatın sosial şəbəkələrdəki rəsmi səhifəsi məlumat yayıb. Portuqaliyalı hücumçu ötən mövsüm Premyer Liqada 30 oyuna 18 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb. O, həmçinin UEFA Çempionlar Liqasında 6 dəfə fərqlənib. Qeyd edək ki, "Qızıl top" mərasimi bu gün, Bakı vaxtı ilə saat 22:30-da start götürəcək."Report"
Xəbəri paylaş
Facebook-da paylaş