Türkiyənin Bartın vilayətində yerləşən mədəndə baş verən partlayış zamanı xəsarət alanların son durumu açıqlanıb.
Türkiyənin Bartın vilayətində yerləşən mədəndə baş verən partlayış zamanı xəsarət alanların son durumu açıqlanıb. Bu barədə Şəffaflıq.az Türkiyə mətbuatına istinadən xəbər verir. Qeyd edilir ki, hazırda xəstəxanada 9 nəfərin müalicəsi davam edir. Onlardan 5-nin vəziyyəti ağırdır. Partlayışdan sonra mədəndən 58 işçi xilas edilib. Hadisə zamanı həyatını itirənlərin sayı 41 nəfərdir. Qeyd edək ki, hadisə oktyabrın 14-də baş verib. Partlayış baş verən vaxt mədəndə 110 işçi olub ki, onların da 49-u riskli ərazidə yerləşib. Hadisə ilə bağlı cinayət işi açılıb, təhqiqat aparılır.
Xəbəri paylaş
Facebook-da paylaş