Azərbaycanda fermerlərin innovasiyalara əlçatanlığı asanlaşdırılacaq


Azərbaycanda fermerlər, xüsusilə də sosial baxımdan həssas əhali qrupuna daxil olan fermerlərin innovasiyalara və məlumatlılığa əlçatanlığı asanlaşdırılacaq.

Şəffaflıq.az xəbər verir ki, bunu BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Azərbaycan üzrə Tərəfdaşlıq və Əlaqələndirmə Ofisinin rəhbəri Melek Çakmak “Azərbaycanda kənd təsərrüfatı üzrə məsləhət xidmətlərinin gücləndirilməsi” layihəsi ilə bağlı keçirilən vebinarda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, layihə Kənd Təsərrüfatı Nazirliyinin tərəfdaşlığı ilə Avropa İttifaqı və FAO ilə birgə həyata keçirilir: “İnnovasiya uzunmüddətli qlobal ərzaq təhlükəsizliyi, yoxsulluğun azaldılması və ekoloji davamlılıq daxil olmaqla davamlı inkişaf məqsədlərinə nail olmaq üçün əsas alətdir. Bu baxımdan layihə gələcək çağırışlarla daha yaxşı mübarizə aparmaq üçün, davamlı kənd təsərrüfatı məsləhət xidməti sistemi ilə bağlı strategiyanın effektiv çərçivəsinin hazırlanması üçün Azərbaycan hökumətinə dəstək olacaq. Layihə Avropa İttifaqının təcrübəsinə əsaslanaraq həyata keçirilir”.

Xatırladaq ki, 2020-ci ildə başlayan “Azərbaycanda kənd təsərrüfatı üzrə məsləhət xidmətlərinin gücləndirilməsi” layihəsinin icra müddəti 2 ildir. Layihə çərçivəsində yaxın illərdə Avropa ölkələrinin modeli əsasında dayanıqlı informasiya məsləhət xidməti sisteminin qurulması, institusional çərçivənin formalaşdırılması kimi məsələlərdə nəzərdə tutulurdu.


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}