Vladimir Putinlə İlham Əliyev Astanada keçiriləcək görüşdə Bakı ilə İrəvan arasında münasibətləri müzakirə edəcəklər.


Rusiya və Azərbaycan prezidentləri Vladimir Putinlə İlham Əliyev Astanada keçiriləcək görüşdə Bakı ilə İrəvan arasında münasibətləri müzakirə edəcəklər.

Şəffaflıq.az xəbər verir ki, bunu Rusiya Prezidentinin beynəlxalq məsələlər üzrə köməkçisi Yuri Uşakov jurnalistlərə bildirib.

"Biz Azərbaycanla əlaqələri yüksək qiymətləndiririk. Təbii ki, biz onunla təkcə ikitərəfli məsələləri deyil, həm də Azərbaycan-Ermənistan münasibətlərindəki vəziyyətlə bağlı fikir mübadiləsi aparacağıq", - Uşakov deyib.

Kreml nümayəndəsi vurğulayıb ki, Vladimir Putinin şəxsi vasitəçiliyi ilə əldə olunan üçtərəfli razılaşmalar Bakı ilə İrəvan arasında münasibətlərin sabitləşməsi üçün əsasdır.

Rusiya Prezidentinin köməkçisinin sözlərinə görə, Moskva növbəti sammitin üçtərəfli formatda Rusiya, Azərbaycan və Ermənistan liderlərinin iştirakı ilə keçirilməsini təklif etmək niyyətindədir: “Ümid edirik ki, çox yaxın gələcəkdə bu sammitin keçirilmə vaxtını razılaşdıra biləcəyik".


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}