Bu tarixdə Şotlandiyada müstəqillik referendumu keçiriləcək


Şotlandiya Milli Partiyasının rəhbəri Nikola Sturgeon ölkədə müstəqillik referendumunun 2023-cü il oktyabrın 19-da keçiriləcəyini təsdiqləyib.

Şəffaflıq.az "qafqazinfo"ya istinadən xəbər verir ki, o, bu barədə partiyanın qurultayında bildirib.

"Əgər Ali Məhkəmə buna qərar verərsə və ümid edirik ki, belə olacaq, gələn il oktyabrın 19-da müstəqillik referendumu keçiriləcək", - Sturgeon bildirib.

Sturgeon hesab edir ki, Şotlandiyada əhalinin 50%-dən çoxu Böyük Britaniyadan müstəqilliyə tərəfdardır, gənclər arasında isə bu rəqəm daha da yüksəkdir.


Qeyd edək ki, Şotlandiyanın müstəqilliyi ilə bağlı ilk referendum 2014-cü ildə keçirilib. Daha sonra bölgədə yaşayan Britaniya və Avropa İttifaqı vətəndaşlarından "Ölkə müstəqil olmalıdırmı?" sualına cavab vermələri istənilib. Nəticədə rəyi soruşulanların 55,3%-i ayrılmanın əleyhinə, 44,7%-i isə müstəqilliyin lehinə səs verib.


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}