Gəncədə şagirdlərin məktəbdə zəhərlənməsinin səbəbi açıqlanıb
Gəncədə şəhər 3 nömrəli tam orta məktəbdə şagirdlər salatdan zəhərlənib. Məktəbdən verilən məlumata görə, oktyabrın 7-də 6b sinfində texnologiya dərsində salat hazırlanıb. "Həmin salatdan 5 nəfər şagird zəhərlənib. Hadisə dərhal valideynlərə bildirilib və həkimə müraciət edilib",- məktəbdən qeyd edilib. Məlumata görə, salat üçün bütün məhsulları şagirdlər öz evlərindən gətiriblər. Şəffaflıq.az
Xəbəri paylaş
Facebook-da paylaş