Zelenski: “Xersonun bir neçə yaşayış məntəqəsi azad edilib”
Ukraynanın Xerson vilayətinin üç kəndi - Novovoskresenskoye, Novoqriqorovka və Petropavlovka Rusiya hərbçilərindən azad edilib. “Report” “RBK-Ukraina”ya istinadən xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski bildirib. "Təkcə bu günlərdə Xerson vilayətində Novovoskresenskoye, Novoqriqorovka və Petropavlovka kimi yaşayış məntəqələri psevdoreferendumdan azad edilib və sabitləşdirilib", - Prezident deyib. Zelenski bildirib ki, ordunun irəliləyişi davam edir. O, həmçinin İranın 6 pilotsuz təyyarəsini vurmağa nail olan Ukrayna Hərbi Hava Qüvvələrinin döyüşçülərinin qəhrəmanlığını qeyd edib.
Xəbəri paylaş
Facebook-da paylaş