Əsas Səhifə > REGİON > “Xersonun bir neçə yaşayış məntəqəsi azad edilib”
“Xersonun bir neçə yaşayış məntəqəsi azad edilib”6-10-2022, 09:16 |
Ukraynanın Xerson vilayətinin üç kəndi - Novovoskresenskoye, Novoqriqorovka və Petropavlovka Rusiya hərbçilərindən azad edilib. “Report” “RBK-Ukraina”ya istinadən xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski bildirib. "Təkcə bu günlərdə Xerson vilayətində Novovoskresenskoye, Novoqriqorovka və Petropavlovka kimi yaşayış məntəqələri psevdoreferendumdan azad edilib və sabitləşdirilib", - Prezident deyib. Zelenski bildirib ki, ordunun irəliləyişi davam edir. O, həmçinin İranın 6 pilotsuz təyyarəsini vurmağa nail olan Ukrayna Hərbi Hava Qüvvələrinin döyüşçülərinin qəhrəmanlığını qeyd edib. Geri qayıt |