Bundestaq sədri Qarabağ münaqişəsi haqda – “Ölkələrin ərazi bütövlüyü…”
“Almaniya Dağlıq Qarabağ münaqişəsinin həllində beynəlxalq normaların tələb etdiyi şərtlərə sadiqdir və münaqişənin tezliklə sülh yolu və ölkələrin ərazi bütövlüyü çərçivəsində həll olunmasını istəyir”.
Şəffaflıq.az xəbər verir ki, bunu “Report”un Avropa bürosuna Almaniya Bundestaqının (parlament) sədri Volfqanq Şoyble bildirib.
O qeyd edib ki, Dağlıq Qarabağ münaqişəsinin həlli regionda sabitliklə bağlı zəmanətin güclənməsi deməkdir.
Bundestaqın sədri Almaniyanın Azərbaycanla münasibətlərinə də toxunub: “Azərbaycan Almaniyanın strateji tərəfdaşıdır. Bizim eyni zamanda parlamentlərarası əlaqələrimiz də güclüdür. Biz yaxın zamanlarda qarşıqılı səfərlərin sayını artırmaqla bu əlaqələri, birgə layihələrin reallaşmasını daha da gücləndirə bilərik”.
Qeyd edək ki, Almaniya Bundestaqının sədrinin rəhbərlik etdiyi nümayəndə heyəti gələn ilin əvvəlində Azərbaycana səfər edəcək. Səfər zamanı V.Şoyble Bakıda bir sıra rəsmi görüşlər keçirəcək, tədbirlərə qatılacaq.
Facebook-da paylaş