Almaniyanın müdafiə naziri Odessaya gözlənilməz səfər edib
Almaniyanın müdafiə naziri Kristin Lambrext şənbə günü elan olunmamış səfərlə Odessaya gedib və burada ukraynalı həmkarı Aleksey Reznikov ilə görüşüb. O, IRIS-T SLM hava hücumundan müdafiə sistemlərini yaxın günlərdə Kiyevə çatdıracağına söz verib. “Ukrayna hazırda inanılmaz miqdarda hava hücumları ilə üz-üzədir, buna görə də bizim daha çox hava hücumundan müdafiə dəstəyi verməmiz çox vacibdir”, - Lambrext bildirib. Almaniyanın Müdafiə Nazirliyi “Twitter”də onun Ukraynaya səfərini və Reznikovla görüşünü təsdiqləyib. “Biz nə qədər vaxt lazımdırsa, dostlarımızı dəstəkləyəcəyik”, - nazirlikdən qeyd olunub. Şəffaflıq.az
Xəbəri paylaş
Facebook-da paylaş