Pentaqon Ukraynaya kömək üçün yeni komandanlıq yaradacaq
Pentaqon Ukraynaya kömək üçün yeni komandanlıq yaradacaq. ABŞ-ın müdafiə qurumu ölkənin və müttəfiqlərinin Ukrayna ordusuna keçdiyi təlimlər və təchizat məsələlərini yenidən nəzərdən keçirmək qərarına gəlib. Təklif fevral ayında Rusiyanın işğalından sonra qurulan təlim və yardım sistemini sadələşdirəcək. Rəsmilərin verdikləri məlumata görə, sistem ABŞ-ın yüksək rütbəli generalının başçılıq etdiyi komandanlığın tabeliyinə veriləcək. Komandanlığın vahid mərkəzi Almaniyada yerləşəcək. Beləliklə, general Kristofer Kavoli müdafiə naziri Lloyd Ostinə Ukraynaya yardım sisteminin dəyişdirilməsini təklif edib. Təklif qəbul edilib və hazırda Ostinin köməkçiləri tərəfindən araşdırılır. Yeni komandanlığın yaradılması planı üzərində düşünülür və artıq yaxın həftələrdə qərarın qəbul edilə biləcəyi qeyd edilir. Şəffaflıq.az
Facebook-da paylaş