Oktyabrın 19-da "Texnika Bank”ın əmlakı hərraca çıxarılır


Oktyabrın 19-da "Bakı Hərrac Mərkəzi" MMC-də ləğv prosesində olan "Texnika Bank” ASC-nin daşınmaz əmlakının satışı üzrə növbəti açıq hərrac keçiriləcək.

Şəffaflıq.az xəbər verir ki, bu barədə Bankın ləğvedicisi - Azərbaycan Əmanətlərin Sığortalanması Fondu (ADIF) məlumat yayıb.

Məlumata görə, söhbət Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospektində, ümumi sahəsi 259,7 kv.metr olan qeyri-yaşayış sahəsindən gedir. Əmlaka ümumilikdə 1,1 milyon manat qiymət qoyulub.


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}