Ukrayna Prezidenti Volodimir Zelenski BMT-nin Baş katibi Antoniu Quterreşlə telefon danışığında Zaporojye AES-də yaranmış təhlükəni müzakirə edib.
Ukrayna Prezidenti Volodimir Zelenski BMT-nin Baş katibi Antoniu Quterreşlə telefon danışığında Zaporojye AES-də yaranmış təhlükəni müzakirə edib. Şəffaflıq.az xəbər verir ki, bu barədə Ukrayna Prezident Ofisi məlumat yayıb. Qeyd olunub ki, siyasətçilər AES-dəki vəziyyət kontekstində nüvə təhlükəsizliyi məsələsi ətrafında fikir mübadiləsi aparıblar. V.Zelenski, həmçinin Rusiyanın Ukrayna ərazilərində keçirdiyi “referendumların” BMT tərəfindən tanınmaması ilə bağlı aydın mövqeyinə görə A.Quterreşə təşəkkür edib.
Xəbəri paylaş
Facebook-da paylaş