Nüvə mütəxəssisləri Rusiya ilə əməkdaşlıqdan imtina edir, vəziyyət gərgindir - Baş Qərargah
Şəffaflıq.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının səhər xülasəsində qeyd olunur. “Zaporojye AES-də vəziyyət gərgin olaraq qalır. Stansiya əməkdaşları düşmənlə əməkdaşlıq etmək istəmir və işğalçıların müvəqqəti işğal etdikləri əraziləri tərk etməyə çalışırlar", - məlumatda deyilir. Baş Qərargahın qeyd edir ki, hazırda Xerson vilayətinin işğal olunmuş hissəsi giriş-çıxış üçün tamamilə bağlıdır. Ukrayna mətbuatının daha əvvəl verdiyi məlumata görə, Rusiya işğalçıları martın 4-də ZAES-ni və peyk şəhəri Enerqodarı ələ keçirib. Rusiya ZAES ətrafında demilitarizasiya zonası yaratmaqdan imtina edir. İşğalçılar vaxtaşırı atom elektrik stansiyasını və onun ətrafındakı əraziləri atəşə tuturlar. Ukrayna hökumətinin tələbi ilə MAQATE işğalçılar tərəfindən ələ keçirilən elektrik stansiyasına baş çəkmək üçün missiya yaradıb. Sentyabrın əvvəlində MAQATE-nin missiyası Zaporojye AES-də olub. Dövri olaraq atəşə məruz qalması səbəbindən nüvə enerji blokları bir müddət Ukraynanın enerji sistemindən ayrılıb və müvəqqəti olaraq ehtiyat yanacaqla işləyir. İşğalçılar Ukraynadan indi ehtiyac duyulan Aİ ölkələrinə elektrik enerjisinin ixracını dayandırmaq üçün ZAES-ni tamamilə söndürmək niyyətindədirlər. Beləliklə, Rusiya Federasiyası Aİ ölkələrini Ukraynaya dəstəkdən imtina etməyə məcbur etmək üçün onlara enerji təzyiqini artırmaq istəyir. Radiasiya təhlükəsizliyi üzrə mütəxəssislər dəfələrlə bəyan ediblər ki, ZAES-də qəza baş verərsə, nəticələri fəlakətli ola bilər. Küləyin istiqamətindən asılı olaraq radiasiya buludu Ukrayna daxil olmaqla həm Rusiya, Belarus və Qara dənizi, həm də Avropa ölkələrini əhatə edə bilər. Bir gün əvvəl MAQATE-nin baş direktoru Rafael Mariano Qrossi bildirmişdi ki, agentlik Zaporojye AES-də nüvə təhlükəsizliyi zonasının yaradılması ilə bağlı bir sıra danışıqlara başlayıb.Zaporojye Atom Eletrik Stansiyasının (ZAES) nüvə mütəxəssisləri düşmənlə əməkdaşlıq etmək istəmir, stansiyada vəziyyət gərgindir.
Facebook-da paylaş