Üç ölkə Aİ-nin Rusiyaya qarşı sanksiyalar tətbiq etməsinə mane ola bilər



Aİ yeni tədbirlər layihəsinin sabah blok ölkələrinin səfirləri arasında müzakirəyə təqdim oluna biləcəyini gözləyir.

Şəffaflıq.az xəbər verir ki, “Financial Times” yazır ki, Rusiya Federasiyasına qarşı yeni sanksiyalar paketinin layihəsi həftənin sonuna kimi qəbul edilməsi məqsədilə çərşənbə günü Aİ-də müzakirəyə çıxarıla bilər, lakin Macarıstanın, eləcə də Kipr və Maltanın mövqeyi buna mane ola bilər.

“Aİ gözləyir ki, yeni tədbirlər layihəsi həftənin sonuna kimi qəbul olunmaq üçün “sabah” blok ölkələrinin səfirləri arasında müzakirəyə təqdim oluna bilər. Lakin Macarıstan və müəyyən dərəcədə Kipr və Malta birlikdə oynamaqdan imtina edərsə, bu təqvim asanlıqla relsdən kənarlaşdırıla bilər”,- deyə məqalədə bildirilir.

Xatırladaq ki, Qərb Ukraynaya görə Rusiyaya sanksiya təzyiqlərini artırdı və bu, Avropa və ABŞ-da elektrik enerjisi, yanacaq, ərzaq qiymətlərinin bahalaşmasına səbəb oldu.

Onu da əlavə edək ki, Rusiya prezidenti Vladimir Putin bundan əvvəl bəyan etmişdi ki, Rusiyanı cilovlamaq və zəiflətmək siyasəti Qərbin uzunmüddətli strategiyasıdır və sanksiyalar bütün qlobal iqtisadiyyata ciddi zərbə vurub. Onun sözlərinə görə, Qərbin əsas məqsədi milyonlarla insanın həyatını pisləşdirməkdir.

Həmçinin Rusiya Federasiyası dəfələrlə bəyan edib ki, Rusiya Qərbin onun üçün yaratdığı bütün problemləri həll edəcək.


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}