Putin MDB dövlətlərinin kəşfiyyat xidmətlərinin rəhbərləri ilə görüşəcək
Rusiya Prezidenti Vladimir Putin MDB dövlətlərinin kəşfiyyat xidmətlərinin rəhbərləri ilə videobağlantı vasitəsilə əlaqə saxlayacaq. Bu barədə Rusiya dövlət başçısının mətbuat katibi Dmitri Peskov məlumat verib. Onun sözlərinə görə, görüş sentyabrın 29-na planlaşdırılıb. Bundan əlavə, növbəti gün Moskvada MDB-yə üzv dövlətlərin təhlükəsizlik orqanları və kəşfiyyat xidmətləri rəhbərlərinin iclası keçiriləcək. Tədbirdə Rusiya, Azərbaycan, Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Özbəkistan nümayəndələri iştirak edəcəklər. Şəffaflıq.az
Xəbəri paylaş
Facebook-da paylaş