Hindistanda əlverişsiz hava şəraitindən bir gündə 30-dan çox adam ölüb



Hindistanın şimalındakı Uttar Pradeş ştatında son sutka ərzində güclü leysan və ildırım çaxması nəticəsində azı 36 nəfər ölüb.

Belə ki, azı 24 nəfər evlərin uçması səbəbindən həlak olub. Qalan 12 nəfər isə ildırım vurub.

Bundan əlavə, daha bir neçə nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Təkcə son beş gündə ştatda ildırım vurması nəticəsində 39 nəfər ölüb.

Qeyd edək ki, Hindistanda yağışlı mövsüm iyundan sentyabr ayına qədər davam edir.

Şəffaflıq.az


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}