Bu ölkə rusların girişinə tam qadağa qoyacaq



Finlandiya yaxın vaxtlarda rusların ölkəyə girişinə tam qadağa qoyulması barədə qərar qəbul etməyi planlaşdırır.

Şəffaflıq.az “Unian”a istinadən xəbər verir ki, fin XİN rəhbəri Pekka Haavisto Finlandiyanın təcili olaraq ruslar üçün turist vizası ilə bağlı qərar hazırladığını bildirib.

“Finlandiya başqa ölkələr tərəfindən verilən Şengen vizaları üçün tranzit olmaq istəmir. İndi biz bu hərəkətə nəzarət etmək istəyirik”, - deyə Haavisto bildirib.

XİN rəhbərinin sözlərinə görə, hazırda hakimiyyət orqanları bu turist hərəkətinin necə məhdudlaşdırılması və ya tamamilə dayandırılması barədə qərar hazırlayır və bu məsələ tezliklə parlamentə təqdim olunacaq.

"Rusiyalı turistlərin heç bir şey olmamış kimi tətilə davam etmələri üçün heç bir mənəvi və etik əsas yoxdur", - deyə fin nazir əlavə edib.


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}