Bayden fövqəladə vəziyyət elan etdi
ABŞ prezidenti Co Bayden bazar günü tropik “Fiona” qasırğası ilə əlaqədar Puerto Rikoda fövqəladə vəziyyət elan edən sərəncam imzalayıb və ABŞ-la assosiasiya olunmuş bu dövlətə yardım göstərilməsini əmr edib. Bu barədə Ağ Evin mətbuat xidməti məlumat yayıb. Qeyd edək ki, “Fiona” tropik qasırğası sentyabrın 15-də ABŞ Milli Qasırğaya Nəzarət Mərkəzi tərəfindən Atlantik Okeanında qeydə alınıb. Hazırda oun daxilində küləyin sürəti təxminən 30 m/s təşkil edir. Şəffaflıq.az
Xəbəri paylaş
Facebook-da paylaş