Əsas Səhifə > XARİCİ XƏBƏR > Bayden fövqəladə vəziyyət elan etdi

Bayden fövqəladə vəziyyət elan etdi


18-09-2022, 22:04



ABŞ prezidenti Co Bayden bazar günü tropik “Fiona” qasırğası ilə əlaqədar Puerto Rikoda fövqəladə vəziyyət elan edən sərəncam imzalayıb və ABŞ-la assosiasiya olunmuş bu dövlətə yardım göstərilməsini əmr edib.

Bu barədə Ağ Evin mətbuat xidməti məlumat yayıb.

Qeyd edək ki, “Fiona” tropik qasırğası sentyabrın 15-də ABŞ Milli Qasırğaya Nəzarət Mərkəzi tərəfindən Atlantik Okeanında qeydə alınıb. Hazırda oun daxilində küləyin sürəti təxminən 30 m/s təşkil edir.

Şəffaflıq.az


Geri qayıt